Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENTİ XALQDAN UZAQDA SAXLADILAR

PREZİDENTİ XALQDAN UZAQDA SAXLADILAR


17-12-2012, 12:19
PREZİDENTİ XALQDAN UZAQDA SAXLADILAR
İCRA BAŞÇISININ MÜAVİNİ NƏDƏN VƏTƏNDAŞIN ÜSTÜNƏ BIÇAQ ÇƏKDİ?

DİA.AZ: - Məlum olduğu kimi, keçən həftə prezident İlham Əliyev Füzuli rayonunda səfərdə olub və səfər zamanı rayonda həyata keçirilən bir sıra yeniliklərlə tanış olub. Amma hər dəfəsində olduğu kimi, bu dəfə də prezidentlə narazı sakinlərin təmasına yerli məmurlar tərəfindən maneçilik yaradılıb.

Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan verilən məlumata görə, narazı vətəndaşların prezidentlə görüşə bilməsinin əngəllənməsi işi birbaşa olaraq icra başçısının müavini Hüseyn Abbasova həvalə olunub.

Mənbəmizin sbylədikləri: «İcra başçısının müavini də öz işinin öhdəsindən «layiqincə» gəlib. Belə ki, narazı vətəndaşların bəziləri polis gücündən istifadə olunaraq rayon kənarına çıxarılıb, bəzilərinə isə icra başçısının müavininin adamları tərəfindən hədə-qorxu gəlinib. Hətta şikayətçilərdən birinin üstünə bıçaq da çəkilib və ona prezidentdən uzaq durması tələbi qoyulub».

Bildirək ki, bununla bağlı redaksiyamıza konkret şikayətlər də daxil olub. Məlumatlara görə, rayondakı biabırçı mənzərənin prezidentdən gizli saxlanılması üçün hətta səfərin vaxtı ilə bağlı yerli əhaliyə yanlış məlumatlar da verilib. Bir növ prezidentin səfəri gizli mahiyyət daşıyıb. Doğrudur, bunu Füzuli rayonunun cəbhə bölgəsi olması səbəbilə izahlamağa çalışanlar da var.

Onu da xatırladaq ki, prezidentin səfəri öncəsi də bir qrup narazı vətəndaş yerli icra strukturları tərəfindən, həmçinin icra başçısı Alı Alıyevin advından hədələnmiş və onlara «prezident gəlib getsin, sizi həbs etdirəcəyik» təhdidi də edilmişdi.

Geri qayıt