Əsas Səhifə > Sosial, Manşet > ÖLKƏNİN MOBİL OPERATORLARI TOQQUŞUR

ÖLKƏNİN MOBİL OPERATORLARI TOQQUŞUR


15-11-2011, 13:22
ÖLKƏNİN MOBİL OPERATORLARI TOQQUŞUR

«AZERCELL» BAKCELL»Ə OLAN BORCUNU ÖDƏMƏK İSTƏMİR

DİA.AZ: - Bir müddət əvvəl ölkənin iki ən iri operatoru «Bakcell»lə «Azercell» şirkəti məhkəmə çəkişməsində idi. Bu çəkişmənin nədənləri barədə mətbuatda yetərincə bilgilər verilmişdi və hətta prosesə Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov da reaksiya verərək, tərəflərə öz mübahisələrini həll etmələrini məsləhət görmüşdü.

Amma deyəsən, bu iki mobil operator yenidən üz-üzə gələcək. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) RİTN-dəki mötəbər qaynaqlardan ötürülən məlumatda deyilir ki, «Azercell» şirkəti nə zamandır «Bakcell»ə xəttlərarası rabitədən yaranmış borcunu ödəmir: «Ödəmə üçün nəzərdə tutulan son vaxt dekabr ayının 20-sidir və əgər həmin tarixə qədər «Azercell» təxminən 14 milyon manatlıq borcunu ödəməzsə, bu iki şirkət yenidən məhkəmə çəkişməsinə baş vuracaq».

Mənbə bildirir ki, bir neçə il əvvəl «NarMobile»nin «Azercell»ə 11 milyon manat borcu yaranmışdı və həmin pul «Azercell»ə ödənmədi: «Bu zaman «NarMobile» arxasında dayanan siyasi-administrativ rıçaqlardan istifadə etdi və həmin pul artıq batmış hesab oluna bilər. İndi isə «Azercell» eyni aqibəti «Bakcell»ə yaşatmaq niyyətindədir».


Geri qayıt