Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ GƏRGİN MÜZAKİRƏLƏR GEDİR

HAKİMİYYƏT DAXİLİNDƏ GƏRGİN MÜZAKİRƏLƏR GEDİR


14-12-2012, 15:03
HAKİMİYYƏT DAXİLİNDƏ GƏRGİN MÜZAKİRƏLƏR GEDİR
ƏRİZƏNİN YAZILMASI XƏBƏRİ TƏSDİQLƏNİR

DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a Prezident Administrasiyasındakı qaynaqlardan çox ilginc bir təsdiqləmə gəlib. Mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, bütün günü PA-dakı kabinetində iş başında olan Ramiz Mehdiyev yalnız özünə yaxın bildiyi şəxsləri qəbul edib.

Mənbəmiz bildirir ki, PA şefinin ərizə yazması doğrudur və bu barədə PA-da da ciddi müzakirələr aparılır: «Hələlik hansı cavabın verildiyi məlum deyil».

Ramiz Mehdiyevi kimin əvəzləyəcəyinə gəlincə isə bu barədə danışan mənbəmiz qeyd etdi ki, həmin posta ümumiyyətlə, uzun müddətə kimsə təyin olunmaya bilər: «Güman edirəm ki, prezident 4 müavini təyin etməklə mövqeyini bildirib. Yəni 4 müavin Ramiz Mehdiyevin səlahiyyətlərini icra edəcək. Kimsə kimdənsə üstün olmayacaq və bütün istiqamətlər üzərə əvvəlki kimi rəhbər nəzarəti təmin olunmuş olacaq».

Geri qayıt