Əsas Səhifə > Ölkə, Manşet > PA ŞEFİ VİDEOYA VİDEO İLƏ CAVAB VERMƏK İSTƏYİB

PA ŞEFİ VİDEOYA VİDEO İLƏ CAVAB VERMƏK İSTƏYİB


14-12-2012, 14:45
PA ŞEFİ VİDEOYA VİDEO İLƏ CAVAB VERMƏK İSTƏYİB
QALMAQALLI VİDEONUN SİRRİ ÇÖZÜLDÜ

DİA.AZ: - Hazırda istefa xəbəri yayılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı redaksiyamıza yeni xəbər daxil olub. Hökumət içindəki qaynaqdan DİA.AZ-a ötürülən xəbərdə bildirilir ki, PA şefinin bu günlərdə verdiyi açıqlaması yuxarı dairələrdə böyük qəzəbə səbəb olub. Xatırladaq ki, bu barədə əvvəlindən də məlumat vermişdik.

Bu arada prezident İlham Əliyevin tanınmış kinorejissor Rüsbəm İbrahimbəyovun şəninə Fransada təşkil olunan məclisdə iştirak etməsini əks etdirən videoçəkilişlərin yayılmasında da məhz Ramiz Mehdiyevin maraqlı tərəf olduğu söylənilir. Mənbəmiz bildirir ki, artıq bu məsələ tamamən çözülüb. Rusiya Ramiz Mehdiyevi qoruya bilməsi üçün «Oliqarxların təşkilatı»nı ortaya atıb. Rüstəm İbrahimbəyovun videoçəkilişi də Rusiya xəttinin Elşad Abdullayev videolarına cavabı kimi qəbul olunub.

Mənbəmizə görə, məhz bu səbəbdən PA şefinin istefa ərizəsinin qəbul olunacağı heç şübhəsizdir.

Geri qayıt