Əsas Səhifə > Güney Press, Reklam > "BAKCELL" "ŞƏHƏRCİK" SALDI

"BAKCELL" "ŞƏHƏRCİK" SALDI


14-12-2012, 12:44
"BAKCELL" "ŞƏHƏRCİK" SALDI
İLK MOBİL OPREATORDAN DAHA BİR YENİLİK

“Bakcell” şirkəti diler şəbəkəsini genişləndirir. Şirkətin yeni dileri “Bakcell City” paytaxtın Əhmədli qəsəbəsindəki xidmət mərkəzinin birinci mərtəbəsində yerləşir. Bu dükanda “Cin”, “Klass” və “Gold” abonentləri üçün tam çeşiddə məhsul və xidmətlər, alıcılar üçün son model telefonlar, GPS navigatorlar, kompüterlər, netbuk və aksesuarlar təklif olunur.

Mağazanın açılışına həsr olunmuş xüsusi kampaniya çərçivəsində kompüter əldə edən hər alıcıya “Bakcell”dən xüsusi hədiyyə təqdim olunacaq. Bundan əlavə, yuxarıda göstərilən bütün məhsullar faizsiz kreditlə əldə edilə bilər.

Diler mağazaya gəlmək üçün vaxt tapa bilməyən müştərilərə onlayn satış imkanını da təklif edir: www.bakcellcity.com .

Geri qayıt