Əsas Səhifə > Cəmiyyət > NİZAMƏDDİN QULİYEVİN FERMERLİYİ DƏ VAR İMİŞ

NİZAMƏDDİN QULİYEVİN FERMERLİYİ DƏ VAR İMİŞ


14-12-2012, 12:19
NİZAMƏDDİN QULİYEVİN FERMERLİYİ DƏ VAR İMİŞ
İCRA BAŞÇISI TORPAQLARI NƏDƏN ZƏBT EDİR?

Goranboy rayonun icra başçısı Nizaməddin Quliyev ilə əhali arasında ciddi narazılıq baş qaldırıb. Buna səbəb isə icra başçısının özünün qoyun sürülərini otartdırmaq üçün onların əkin sahələrinə əl qoyması göstərilir.

DİA.AZ-a daxil olan məlumata görə, artıq iş o həddə çatıb ki, icra başçısının bu işlərini görən adamları ilə kəndlilər arasında toqquşma yaranmaq üzrədir. Və məsələ ilə bağlı artıq yuxarı dairələrə məlumat vermək qərarına gəliblər. Bizə məlumat verən bir neçə kəndin sakini bildirib ki, yay aylarından başlayan koflikti aradan qaldırmaq üçün dəfələrlə icxra başçısının qəbuluna düşmək istəyiblər. Lakin hər dəfəsində onları qapıdan buraxmayaraq, yola salıblar. Bu ilin avqustunda rayon mərkəzində aksiya keçirmək niyyətində olduqlarını açıqladıqdan sonra isə Nizaməddin Quliyev kəndlilərin yanına öz adamını göndərərək, sakitləşməsini istəyib. Və bildirib ki, tezliklə yaranmış vəziyyəti yoluna qoyacaq. Amma bu vədin üzərindən 10 gün keçməmiş həmin adamlar yenidən kəndlilərin əkin sahələrinə hücum çəkiblər.

DİA.AZ-a çatan məlumatlarda vurğulanır ki, Goranboyun icra başçısı vəziyyəti belə gördükdən sonra etiraz edənləri həbs etdirəcəyi ilə hədələyib. Bir müddət susmalı olan rayon əhalisi isə artıq yaranmış vəziyyətə dözmək fikrində deyil. Onlar Bakıya gələrək, Prezident Admnistrasiyası qarşısında aksiya keçirmək istəyirlər.

O da vurğulanır ki, Goranboyun icra başçısı Nizaməddin Quliyev 30 minə yaxın qoyunu var. Onların otarılması üçün isə geniş ərazilər lazımdır. Elə bu səbəbdən də o, kəndlilərin çörək təknələrini ələ keçirməyə başlayıb.

Geri qayıt