Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTDƏN ŞOK STRUKTUR İSLAHATLARI

HAKİMİYYƏTDƏN ŞOK STRUKTUR İSLAHATLARI


14-12-2012, 12:08
HAKİMİYYƏTDƏN ŞOK STRUKTUR İSLAHATLARI
İKİ DÖVLƏT KOMİTƏSİNİN VƏ BİR ASC-NİN LƏĞVİ PLANLAŞDIRILIR

DİA.AZ: - Hakimiyyət daxilində yeniliklər gözlənilir. Bildirələnə görə, nəzərdə tutulan yeniliklər çərçivəsində bir sıra struktur islahatlarının həyata keçirilməsi planlaşdırılır.

Nazirlər Kabinetindəki bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, islahatların hədəfində bir neçə dövlət qurumu var: «Konkret olaraq iki dövlət komitəsinin və bir ASC-nin ləğvi nəzərdə tutulub».

Gələn məlumata görə, uzun müddətdir adı mətbuatda mənfiyə hallandırılan «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanov da gözlənilən kampaniyanın qurbanları arasındadır: «Cavid Qurbanovun rəhbərlik etdiyi ASC-nin ləğvi planlaşdırılır. Onunla bərabər, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də ləğv edilərək, kənd təsərrüfatı nazirliyinə birləşdirilməsi gözlənilir. Eyni zamanda daha bir dövlət qurumu ilə də bağlı anoloji qərar verilər bilər».

Geri qayıt