Əsas Səhifə > Hadisə > XAÇMAZDA EVLƏRİ SU BASIB

XAÇMAZDA EVLƏRİ SU BASIB


14-12-2012, 11:42
XAÇMAZDA EVLƏRİ SU BASIB
GÜCLÜ YAĞIŞ ÖZ İŞİNİ GÖRDÜ

Xudat şəhərində suötürücü yağış suları təsirindən daşıb.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Xudat şəhərində suötürücü yağış sularının təsirindən daşıb. Nəticədə, bəzi ərazilər, o cümlədən bir neçə fərdi evin həyətyanı sahəsi su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görüb.

Geri qayıt