Əsas Səhifə > Gündəm, Manşet > NƏHAYƏT: RAMİZ MEHDİYEV İSTEFA ƏRİZƏSİNİ YAZDI

NƏHAYƏT: RAMİZ MEHDİYEV İSTEFA ƏRİZƏSİNİ YAZDI


14-12-2012, 11:24
NƏHAYƏT: RAMİZ MEHDİYEV İSTEFA ƏRİZƏSİNİ YAZDI
PA ŞEFİNİ YENİ MÜAVİNLƏRİNDƏN BİRİNİN ƏVƏZLƏYƏCƏYİ GÖZLƏNİLİR

DİA.AZ: - Məlum olduğu kimi, ABU-nun keçmiş rektoru Elşad Abdullayev yeni bir video açıqlayıb ki, bu videoçəkilişlə artıq ölkə gündəmi bütünlükdə olaraq zəbt edilib. Belə ki, hər kəs açıqlanan faktların şokundadır. Və bu da anlaşılandır. Ən böyük şok keçirənin isə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin olduğu da söylənilir.

Bu barədə DİA,AZ-a hökumət içindəki etibarlı mənbələrdən daxil olan informasiyada bildirilir ki, artıq Ramiz Mehdiyev istefa ərizəsini yazıb və prezidentə təqdim edib.

Mənbəmizin sözlərinə görə, Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasına rəhbər göndərilməsi planlaşdırılır: «Hər halda, belə bir adamdan bir dəfəyə imtina da doğru hesab olunmur».

Hələliksə Ramiz Mehdiyevin səlahiyyətlərinin PA şefinin yeni müavinlərindən olan Zeynal Nağdəliyevin əvəzləyəcəyi də gələn xəbərlər içindədir.

Geri qayıt