Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVA HANSI ARZUSUNA ÇATA BİLMƏYİB

GÜLƏR ƏHMƏDOVA HANSI ARZUSUNA ÇATA BİLMƏYİB


14-12-2012, 08:52
GÜLƏR ƏHMƏDOVA HANSI ARZUSUNA ÇATA BİLMƏYİB
KEÇMİŞ DEPUTAT SƏLİM MÜSLÜMOVUN YERİNƏ GÖZ DİKİBMİŞ - BELƏ ÇIXIR…

DİA.AZ: - Məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev yeni gizli videoçəkiliş yayıb. Qeyd edək ki, bu dəfə də mandat bazarlığı əsas müzakirə mövzusudur və anlaşılanı odur ki, keçmiş deputat Gülər Əhmədovanın əsas vasitəçisi kimi çıxış edən Sevinc Babayeva ilə danışıqlarında Elşad Abdullayev dəqiqləşdirmələr aparmağa çalışır.

DİA.AZ bildirir ki, 7 il əvvələ aid olan bu çəkilişlərdən bir məsələ də aydın olur. Söhbət Gülər Əhmədovanın Dövlət Sosial Müdafiə Fonduna rəhbər getmə niyyətiylə bağlıdır. Belə ki hər vəchlə Elşad Abdullayevi innandırmağa çalışan Sevinc Babayevə əminliklə bildirir ki, 6 aydan sonra, yəni təxminən 2006-cı ilin -aprel-may aylarında Gülər Əhmədova Dövlət Sosial Müdafiə Fonduna rəhbər gətiriləcək.

Doğrudur, Sevinc Babayevanın bu «proqnozu» özünü doğrultmur, amma onun «Gülər Əhmədova Müslüm Səlimzadənin (Səlim Müslümovu nəzərdə tutur -red.) yerini istəyir» deməsindən əslində nəyə nail olmağa çalışdığını təxmin etmək heç də çətin deyil. Yəni Gülər Əhmədova bu qədər vacib fiqurdur və əlini hansı vəzifənin üstünə qoyacaqsa, həmin vəzifəni də alacaq.

Geri qayıt