Əsas Səhifə > Sosial, Manşet > BİR NEÇƏ RAYONUN İCRA BAŞÇISI İSTEFAYA GEDİR

BİR NEÇƏ RAYONUN İCRA BAŞÇISI İSTEFAYA GEDİR


13-12-2012, 12:43
BİR NEÇƏ RAYONUN İCRA BAŞÇISI İSTEFAYA GEDİR
PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİ İSLAHATLARIN START DÜYMƏSİ BASILIR

DİA.AZ: - Hələ xeyli əvvəldən məlumat verərək bildirmişdik ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində bir neçə rayonun icra başçısı vəzifəsindən alınacaq. Artıq bu məlumatımız da öz təsdiqini tapmaq üzərədir. Bununla bağlı Nazirlər Kabinetindəki qaynağımızın DİA.AZ-a bildirdiyinə görə, gələn ilin yanvar ayından etibarən icra başçıları ilə bağlı kadr siyasətinə start veriləcək.

Mənbənin DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, ilk başdan 3 rayonun icra başçısı vəzifəsindən alınacaq: «Onların arasında Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşının da adı var. Tovuzla yanaşı, Bakının iki rayonunun - Səbayel və Xətai rayonlarının başçıları da görəvdən alınacaq».

Mənbəmiz bildirir ki, Səbayel rayonunun icra başçısının Prezident Administrasiyasına yüksək vəzifəyə gətirilməsi gözlənilir: «Sonrakı etapda vəzifəsindən alınacaq digər bir icra başçısı - Xaçmazın rəhbəri Şəmsəddin Xanbabayev də yenidən başqa bir vəzifəyə gətiriləcək. Və ümumilikdə 7 rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir».

Geri qayıt