Əsas Səhifə > Şou-biznes > ELVİRA FAİQ AĞAYEVƏ VURĞUNDUR

ELVİRA FAİQ AĞAYEVƏ VURĞUNDUR


15-11-2011, 11:30
ELVİRA FAİQ AĞAYEVƏ VURĞUNDUR

“AVROPADA MƏŞHURLUQ QAZANA BİLƏCƏK ÇOX MÜĞƏNNİ VAR”

Azərbaycan əsilli alman müğənni Elvira Mişiyeva Azərbaycanın xalq artisti Faiq Ağayevin fanatı imiş.

Day.Az-ın verdiyi məlumata görə, daha çox Elli adı ilə tanınmış ifaçı deyib:

"Mən Faiq Ağayevin fanatıyam. Fikrimcə, o, Azərbaycanı xaricdə təmsil etməyə ən layiqli ifaçılardandır. Azərbaycanda Avropada məşhurluq qazana biləcək çox müğənni var".

Qeyd edək ki, Elli hazırda Almaniyadadır və yeni layihə üzərində işləyir: "Hazırda yeni qrupda oxuyuram. Hələlik qrupun adını fikirləşməmişik. Hələ ki, hər şeyi açıqlamaq istəmirəm".

Xatırladaq ki, Elli "Eurovision-2010" mahnı müsabiqəsinin milli seçim turunun finalçılarından olub.


Geri qayıt