Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SAATLI NECƏ TALAN EDİLİR?

SAATLI NECƏ TALAN EDİLİR?


13-12-2012, 10:47
SAATLI NECƏ TALAN EDİLİR?
İCRA BAŞÇISI BİZNESMEN OLANIN...

İddiaya görə Siracəddin Cabbarov son zamanlar rayonun problemləri ilə məşğul olmaqdansa, demək olar ki, əlində olan adminstrativ imkanlardan yararlanaraq öz biznes şəbəkələrini artırmaqla məşğuldur.

Saatlı rayonunun icra başçısı Siracəddin Cabbarov tutduğu yüksək dövlət vəzifəsindən sui-istifadə edərək rayonda böyük biznes şəbəkəsi qurub. İddiaya görə icra başçısı Saatlı və İmişlidəki geniş çeşidli biznesini sel daşqınlarından ziyan çəkmiş insanlara ayrılmış dövlət vəsatinin mənimsənilməsindən əldə olunan sərmayə ilə inşa edib.

Barədə PİA.AZ-a daxil olan məlumatda bildilir ki, Saatlının icra başçısı Siracəddin Cabbarov son zamanlar rayonun problemləri ilə məşğul olmaqdansa, demək olar ki, əlində olan adminstrativ imkanlardan yararlanaraq öz biznes şəbəkələrini artırmaqla məşğuldur. Bildirilir ki, hazırda icra başçısının rayonda özünə yeni tikiş fabriki açmaq istəyir. Artıq tikiləcək obyektin təməlinin qoyulduğu bildirilir.

Məlumata görə, əslində bu fabriki açmaqla o, biznesindən gələn xeyri də başqasına vermək istəmir. Çünki icra başçısı rayonda böyük torpaq sahələrini özəlləşdirib və rayonda pambıq biznesini öz əlində cəmləşdirib. Belə ki, icra başçısın 200 hektardan artıq torpaq sahəsinə malikidir. Onun biznesinin bir hissəsinin də İmişli rayonunda olduğu söylənilir.

Məlumatda bildirilir ki, icra başçısı sel daşqınları zamanı yaranmış fürsətdən istifadə edərək bir çox obyektləri təbii fəlakətdən ziyan çəkmiş insanlara ayrılmış maliyyə vəsaitləri hesabına inşa etdirib. Həmçinin həmin ərəfədə rayonda özünə restoran da tikdirib. Bildirilir ki, Cabbarov gecələr işdən sonra vaxtını əsasən bu restoranda keçirir. Onun rayonda, Heydər Əliyev prospektində də bir neçə ticarət obyektinin olduğu söylənilir.

Məlumatda qeyd olunur ki, icra başçısının biznes obyektləri yaxın qohumlarının adına sənədləşdirilib və bu obyektləri sadaoamaqla bitməz. Bildirlir ki, İxtisasca mühəndis-mexanik olan Siracədin Cabbarovun Saatlıdakı biznesi barədə daha geniş məlumat yaxın zamanlarda ölkənin mətbu orqanlarına təqdim olunacaq.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt