Əsas Səhifə > Cəmiyyət > XƏZƏR DƏNİZ NEFT DONANMASININ RƏİSİ NİYƏ ƏSƏBLƏŞİB?

XƏZƏR DƏNİZ NEFT DONANMASININ RƏİSİ NİYƏ ƏSƏBLƏŞİB?


12-12-2012, 15:51
XƏZƏR DƏNİZ NEFT DONANMASININ RƏİSİ NİYƏ ƏSƏBLƏŞİB?
DONANMA LƏĞV OLUNUR?

ARDNŞ-in tərkibində fəaliyyət göstərən Xəzər Dəniz Neft Donanmasının (XDND) yeni ildən etibarın ləğvinə start veriləcək. Bu barədə "AzeriNews.org"-a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, neft quyularının qazılmasından tutmuş, fəhlələrin buruqlara çatdırılmasına qədər işləri həyata keçirən donanmanın ləğv edilməsi isə bu qurumun rəisi Mübariz Mədətovun yarıtmaz fəaliyyəti ilə bağlıdır. Qeyd olunur ki, Mədətovun başı daha çox pul qazanmağa qarışdığından, donanmanın işləri bərbad vəziyyətə düşüb. Üstəlik, o, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə də yola getmir.
Mənbənin iddiasına görə, hər il milyonlarla manat ayrılan donanma neftçiləri vaxtlı-vaxtında belə iş yerinə çatdırmır. Dənizdəki buruqlarda işləyən neftçilər isə bununla əlaqədar dəfələrlə ARDNŞ rəhbərliyinə müraciət edib. Hətta iclasların birində Abdullayev Mədətova bu barədə xəbərdarlıq edib və işinə məsuliyyətli yanaşmasını istəyib. Lakin donanmanın rəisi onun sözlərinə əhəmiyyət vermədən, yenə də öz bildiyi kimi hərəkət etməyə başlayıb. Bundan sonra isə Mədətovla Abdullayev arasında miünasibətlər soyumağa başlayıb.
Amma problemin təkcə bundan ibarət olmadığı da məlum olub. Redaksiyamızı məsələ ilə bağlı məlumatlandıran mənbə bildirir ki, təmir adı altında porta gətirilmiş gəmilərdən bir neçəsinin aqibəti məlum deyil. İddialara görə, Mübariz Mədətov həmin gəmiləri yükdaşımada istifadə edir. Sadəcə, rəsmi sənədlərdə həmin gəmilərin təmirə dayandırıldığını yazdırıb. Məsələdən ARDNŞ rəhbərliyi xəbər tutduqdan sonra bununla bağlı araşdırmalara başlayıb. Hal hazırda həmin gəmilərin nə daşıdığı və hansı istiqamətlərdə hərəkət etdiyi dəqiqləşdirilir. Şirkət rəhbərliyi qeyd olunan gəmiləri iş başında tutmaq fikrindədir. Mənbə bildirir ki, əgər məlumat təsdiqini taparsa, Mübariz Mətədovun işi çətinə düşəcək. Üstəlik, onunla bağlı müəyyən araşdırmalara da start veriləcək.
P.S. Yaxın günlərdə Mübariz Mədətovun Xəzər Dəniz Neft Donanmasında gördüyü «maraqlı işlər»lə bağlı əldə etdiyimiz məlumatları diqqətinizə çatdıracağıq.

Geri qayıt