Əsas Səhifə > Güney Press, Araşdırma > AYAZ MÜTƏLLİBOV PREZİDENT SEÇKİLƏRİNƏ QATILIRMI?

AYAZ MÜTƏLLİBOV PREZİDENT SEÇKİLƏRİNƏ QATILIRMI?


12-12-2012, 13:00
AYAZ MÜTƏLLİBOV PREZİDENT SEÇKİLƏRİNƏ QATILIRMI?
ARAZ ƏLİZADƏ "YOX" DEYİR

“Ayaz Mütəllibov siyasi fəaliyyətlə məşğul olmadığını bəyan edib və o, qarşıdan gələn prezident seçkilərində namizəd kimi iştirak etməyəcək”. Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.
Xatırladaq ki, son günlər bəzi mətbuat orqanlarında Bakıya dönmüş eks-prezident Ayaz Mütəllibovun qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyinə dair müxtəlif məlumatlar yayılır.
ASDP sədri Araz Əlizadə isə yayılan məlumatların həqiqəti əks etdirmədiyini söylədi: “Ayaz Mütəllibov Bakıya döndükdən sonra bəyanat verdi ki, o, siyasi fəaliyyətlə məşğul olmayacaq. O, öz mövqeyini qəti şəkildə ortaya qoyub və ASDP həmsədrliyindən və üzvlüyündən də istefa verib. Onun qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyəti yoxdur”.
Rəhbərlik etdiyi partiyanın heç bir müxalifət blokuna qoşulmayacağını deyən ASDP sədri partiya qurultayının seçkilərlə bağlı qərarının olduğunu xatırlatdı: “ASDP qurultayının qərarı var ki, biz seçkilərə öz namizədimizlə qatılacağıq. Bu baş verməyəcəyi halda isə konkret bir namizədi müdafiə etmək niyyətində deyilik. Belə olduğu təqdirdə üzvlərimizə və tərəfdarlarımıza sərbəst seçim imkanı verəcəyik”.

Geri qayıt