Əsas Səhifə > Partiya > LALƏ ŞÖVKƏT HACIYEVADAN XƏBƏR VAR

LALƏ ŞÖVKƏT HACIYEVADAN XƏBƏR VAR


12-12-2012, 12:26
LALƏ ŞÖVKƏT HACIYEVADAN XƏBƏR VAR
O, SEÇKİLƏRƏ QATILMAQ FİKRİNDƏDİR

Ölkənin 8 müxalifət partiyasının Ziyalılar Forumunun təsisçilərindən olan akademik Rafiq Əliyevlə paytaxt restoranlarından birində keçirilən gizli görüşü siyasi müstəvidə geniş rezonans doğurdu. Xüsusilə, Müsavat Partiyasının həmin görüşdə iştirak etməməsi tərəflər arasında dərin fikirayrılığından xəbər verdi. Müsavat başqanı İsa Qəmbər mətbuata açıqlamasında həmin görüşdə iştirak etməməsini vahid namizəd məsələsinin müzakirəsi ilə izzah edib. Hələlik vahid namizəd məsələsinin müzakirəsinə ehtiyac duyulmadığını xəbər verən Müsavat başqanı dəvət olunmasına baxmayaraq həmən görüşdən imtina etdi.

Görüşdə Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan da iştirak edib. Lalə Şövkətin lideri olduğu partiyanın müxalifətin gizli görüşündə iştirakı nə ilə bağlıdır?

Partiya sədri günün müzakirə mövzusuna çevrilən vahid namizəd məsələsi ilə bağlı Lalə Şövkətin hələlik qərarsız olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələ partiya liderinin seçkilərlə bağlı yekun qərarından sonra müzakirə olunacaq.

“Lalə Şövkət vahid namizəd məsələsini dəstəkləyib-dəstəkləməyəcəyini özünün seçkilərdə iştirakı haqda qərarından sonra müzakirə edəcəyik. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanda nisbi demokratik mühit olarsa Lalə Şövkət o zaman seçkilərə qatılacaq”, - deyə Ə.Temirxan bildirib.

Geri qayıt