Əsas Səhifə > Gündəm, Manşet > BAHALI ASFALTLAR MƏHV OLMA TƏHLÜKƏSİ ALTINDA

BAHALI ASFALTLAR MƏHV OLMA TƏHLÜKƏSİ ALTINDA


12-12-2012, 08:51
BAHALI ASFALTLAR MƏHV OLMA TƏHLÜKƏSİ ALTINDA
BAKI YENƏ DƏ YAĞIŞA TƏSLİM OLDU: YENƏ DƏ HAZIRLIQSIZ YAXALANDIQ

DİA.AZ: - Əvvəllər qardaş Türkiyənin paytaxtı Ankarada və İstanbulda «bu şəhərlərin alt yapısı yoxdur» şikayətlərini eşidər, bu şəhərlərin leysan yağışlara necə təslim olmasını ürək ağrısı ilə izlərdik. İndi isə eyni problem Azərbaycanda, Azərbaycan paytaxtında yaşanmaqdadır. Yenidən qurulmaqda olan Bakının məşhz alt yapısının olmaması, daha dəqiqi sovetdən qalma kanalizasiya sisteminin yeniləşdirilməsi əvəzinə, daha da bərbad hala gətirilməsi səbəbi yağışlı günlərdə özünü daha çox nəzərə çarpdırır.

Artıq iki gündür ki, Bakıya aramsız yağışlar yağmaqdadır ki, bu da bir çox problemlərə nədən olub. DİA.AZ əməkdaşlarının diqqətini cəlb edən isə «Avroviziya-2012» mahnı yarışması ərəfəsi yenidən qurulan Bayıl yollarının sel sularının altında dağılması mənzərəsi olub. Belə ki, məhz alt yapının olmaması, yağış kanalizasiyalarının quraşdırılmaması onsuz da baha başa gələn asfalt örtüklərin dağılmasına nədən olub.

Bəlkə də kimlərsə bunda maraqlıdırlar və onlara sərf edir ki, hər dəfəsində miylonları asfaltlara xərcləsinlər. Amma millət və dövlət adından çıxış edəndə, buna rəsmən talançılıq deyilir. Hər halda, yeni çəkilən asfalt örtüklərinin yağış sularından qorunması əvvəlindən nəzərə alına bilərdi. Maləsəf ki, bizdə belə deyil…

BAHALI ASFALTLAR MƏHV OLMA TƏHLÜKƏSİ ALTINDA
BAHALI ASFALTLAR MƏHV OLMA TƏHLÜKƏSİ ALTINDA
BAHALI ASFALTLAR MƏHV OLMA TƏHLÜKƏSİ ALTINDA
BAHALI ASFALTLAR MƏHV OLMA TƏHLÜKƏSİ ALTINDA
Geri qayıt