Əsas Səhifə > Ölkə, Manşet > İRANLA AZƏRBAYCANIN ARASI AÇILIR
İRANLA AZƏRBAYCANIN ARASI AÇILIR11-12-2012, 15:09 |
MİLLİ MƏCLİSİN SON ADDIMI TEHRANDA QICIQ YARADACAQ DİA.AZ: - Məlum olduğu kimi, Milli Məclis Azərbaycan dövləti İran İslam Respublikası ilə sərhədyanı rayonlarda yaşayan hər iki ölkə vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında mövcud Memorandumu ləğv edib. Müvafiq layihə dekabrın 11-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb cə səsvermə nəticəsində qəbul olunub. Söhbət “”Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” 2005-ci il yanvarın 26-da Tehran şəhərində imzalanmış Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli qərarı ləğv edilməsi haqqında” layihədən gedir. Qeyd edək ki, mövcud Memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi. Həmçinin, Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında ” Memorandumun təsdiq edilməsi barədə 2006-cı il 1 mart tarixli qanunu da ləğv edilib. Onu da bildirək ki, rəsmi Bakının bu davranışlarına artıq indidən İran tərəfindən anlaşılmaz reaksiyalar gəlməkdədir. Bu barədə yazan İrana aid xəbər portalları Azərbaycan tərəfini az qala xəyanətdə ittiham edirlər. Amma bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki mənbə Azərbaycanın belə bir addımı atmasının səbəblərini maraqlı amillərlə izahladı: «Son zamanlar Azərbaycanın ayrı-ayrı rayonlarından, xüsusən də İranla həmsərhəd rayonlarından üzücü məlumatlar daxil olmaqdadır. Belə ki, rahatlıqla iki ölkə arasındakı sərhədləri aşan İranın xüsusi xidmət orqanlarının agentləri Azərbaycanın həmsərhəd rayonlarında istədikləri təbliğatı aparırlar. Bu günlərdə isə onların həmin bölgələrdə təfriqə salma cəhdlərini sübutlayan bir neçə ciddi fakt aşkarlanıb. Belə ki, Azərbaycanda süni şəkildə sünni-şiə davası salmağa cəhd edən İrandan gəlmiş xüsusi emissarların uzun müddətdən bəridir ki, ölkəmizdə iş apardıqları müəyyən olunub». Milli Məclisdəki son addımın məhz bu qəbildən ehtiyatlılıq gedişi kimi qiymətləndirən mənbəmiz onu da açıqladı ki, rəsmi Bakı bu addımı ilə bağlı İran tərəfini qabaqcadan məlumatlandırmayıb. Bunun isə Tehranda böyük qıcıqla qarşılanacağı heç şübhəsizdir. Geri qayıt |