Əsas Səhifə > Siyasət, Manşet > NEFT ŞİRKƏTİNDƏ BÖYÜK MAXİNASİYA

NEFT ŞİRKƏTİNDƏ BÖYÜK MAXİNASİYA


11-12-2012, 11:59
NEFT ŞİRKƏTİNDƏ BÖYÜK MAXİNASİYA
RƏŞAD ƏLİYEV RÖVNƏQ ABDULLAYEVİ NECƏ ALDADIB, SƏRVƏTƏ SAHİB OLUB?

DİA.AZ: - Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevlə bağlı redaksiyamıza olduqca ilginc faktlar daxil olub. Söhbət ARDNŞ Tİ-nin rəisinin şirkət rəhbərliyindən xəbərsiz ələ keçirdiyi sərvətdən gedir.

Xatırladaq ki, Rəşqad Əliyev bir zamanlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub və hələ Namiq Abbasovun vaxtlarında MTN sıralarından qovulub. Həmin ərəfədə bildirilənə görə, Rəşad Əliyev məhz MTN-də xardı miqyaslı korrupsiya əməlinin ifşa olunması səbəbindən xüsusi xidmət orqanlarından çıxdaş edilib və hətta bu barədə onun əmək kitabçasına xüsusi qeydlər də edilib. Doğrudur, sonradan Rəşad Əliyevin əmək kitabçasını yeniləmə fürsəti əldə etdiyi də deyilir.

2005-ci ildə o zamanlar Bakı Neft Emalı Zavodunun direktoru kimi parlament seçkilərinə qatılan Rövnəq Abdullayevin seçki qərargahına rəhbərlik edən Rəşad Əliyev özünün korrupsiyaya olan marağını elə həmin seçki kampaniyasında da nümayiş etdirdi. Belə ki, qəzet redaksiyaları ilə bağlanan müqavilələrdə və həmçinin kampaniya zamanı istifadə olunan təbliğat-təşviqat materiallarının əldə olumasında Rövnəq Abdullayevi əməlli-başlı xərcə salan Rəşad Əliyevin təkcə həmin seçki prosesindən 200 min ABŞ dollarına yaxın vəsait əldə etdiyi söylənilir.

Sonradan Rövnəq Abdullayevin vəzifədə yüksəlişi ilə Dövlət Neft Şirkətinin təhlükəsizlik idarəsinin rəisi postuna qalxmağa müvəffəq olan Rəşad Əliyev bu mövqeyində o qədər böyük imkanlar əldə etdi ki, hətta bir ara könlündən MTN şefi olmaq da keçdi. Hətta bu istiqamət üzərə mətbuatda məqsədli olaraq kampaniya da apardı. Yəni öz aləmində ictimai rəydə ilkin bazanı formalaşdırdı. Amma sonradan onun bu ideyasının yalnız özünə məxsus bir arzu olduğunu gördüyündən, istəklərini boğmaq zorunda qaldı. Hər halda, əmək kitabçasındakı xüsusi qeydlər onun yenidən MTN-ə qayıdışını əngəlləyən əsas faktorlardan biri olsa da, məsələnin digər məqamında dayanan faktor isə hazırki nazir Eldar Mahmudovun Rəşad Əliyevlə müqayisəolunmaz səviyyədə üstünlüyü idi. Hər halda, gözlənilən deyildi ki, özünə prezidentin yeni komandasında yer etməyə müvəffəq olmuş Eldar Mahmudov Rəşad Əliyev kimi birisi ilə əvəzlənsin. Və Rəşad Əliyev nəhayətdə bu nağıllar dünyasını bitirməli olur…

DİA.AZ-a daxil olan son məlumatlarda isə konkret sənədlərlə Rəşad Əliyevin yol verdiyi korrupsiya faktları sübutlanmaqdadır. Onu da bildirək ki, əməkdaşlarımız həmin faktlar üzrə araşdırma aparır və yaxın günlərdə diqqətinizə real faktların əks olunduğu materialları təqdim edəcəyik. Sadəcə olaraq, təkcə bir detalı diqqətinizə çatdırmaqla hələlik kifayətlənirik. Təkcə ARDNŞ Tİ-dəki kadr siyasətinin müəyyənləşməsi zamanı Rəşad Əliyev kimsənin ağlına belə gətirə bilməyəcəyi həddə - təxminən 5 milyon manat gəlir əldə edib. İnanmırsınız? O zaman portalımızı izləməklə hmin vəsaitin necə əldə olunduğunu öyrənə biləcəksiniz…

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt