Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞAMAXIDA ŞƏHİD RUHUNA SAYĞISIZLIQ

ŞAMAXIDA ŞƏHİD RUHUNA SAYĞISIZLIQ


11-12-2012, 09:30
ŞAMAXIDA ŞƏHİD RUHUNA SAYĞISIZLIQ
İCRA HAKİMİYYƏTİ YANLIŞNI ETİRAF EDİR

Şamaxıda şəhidlər üçün salınan Şəhidlər xiyabanı çox baxımsız vəziyyətdədir. Modern.az-a daxil olan məlumata görə, xiyaban dağılmış vəziyyətdədir, daşlar qırılıb, hər yanı ot basıb, bir sözlə, şəhidlərin uyuduğu ərazi bərbad vəziyyətdədir.

Modern.az-a açıqlamasında Şamaxı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Zamir Dibirov bu barədə məlumatlı olduqlarını bildiriblər. O, qeyd edib ki, 2013-ci ildə Şəhidlər xiyabanı əsaslı təmir olunacaq.
“Rayonun investisiya planına salınıb ki, növbəti ildə Şəhidlər xiyabanı təmir edilsin. Bununla bağlı hökumətə müraciət edilib və vəsaitin ayrılması gözlənilir”.

Geri qayıt