Əsas Səhifə > Hadisə > CEYHUN OSMANLI FAZİL MUSTAFAYA QARŞI

CEYHUN OSMANLI FAZİL MUSTAFAYA QARŞI


10-12-2012, 10:10
CEYHUN OSMANLI FAZİL MUSTAFAYA QARŞI
O, HƏMKARININ ADDIMINI HÜQUQA ZİDD ADLANDIRDI

“Rəfael və Coşqun xanım rolları oynayan nə ilk, nə də son kişi aktyorlardır. Vaxt var idi ki, xanım aktyorların qıtlığı və ya yoxluğu ucbatından belə olurdu. İndi də yəqin ki, Rəfael və Coşqunun çalışdığı teatrda düşünürlər ki, o rolları onlardan daha yaxşı oynayacaq xanım yoxdur. Yəqin tapanda artıq özləri oynamayacaq”.

Lent.az-ın məlumatına görə, bunu şəxsi “facebook” səhifəsində millət vəkili Fazil Mustafanın aktyorlar Rəfael və Coşqunun qadın rolları oynamasına və qadın paltarlarındakı reklamlarına etiraz etməsinə münasibət bildirərkən yazıb.

C. Osmanlı qeyd edib ki, bir kişinin belə rolu oynamasının özü mədəniyyət naminə bir cəsarətdir: “ İstənilən halda düçünürəm ki, Rəfael və Coşqun günümüzün reallığında ən istedadlı aktyorlarımız arasındadır. Ona görə də Fazil Mustafanın onları "yığışdırmaq" istəyi düşünürəm ki, bir az sərt oldu, həm də hüquqa ziddir ))”

Qeyd edək ki, deputat Fazil Mustafa aktyorların qadın paltarında çəkildiyi reklam bilbordlarının şəhərdən yığışdılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladığı müraciəti dünən özünün facebook səhifəsində paylaşıb. Deputat aktyorların qadın geyimində çəkildiyi reklamların “cəmiyyətimizin mənəvi mühitinin korlanmasına rəvac verdiyini”, “psixoloji sarsıntılar yaşatdığını” qeyd edib.

Geri qayıt