Əsas Səhifə > Cəmiyyət > FARS-MOLLA REJİMİ KOMİKLİYİNİ İTİRMİR
FARS-MOLLA REJİMİ KOMİKLİYİNİ İTİRMİR14-11-2011, 16:21 |
İRANIN AZƏRBAYCANDAKI SƏFİRİ ÖZ ÖLKƏSİNİ QOYUB İSRAİLDƏN DANIŞIR “Azərbaycan İranın münasibətləri yüksək səviyyədədir. Dünyada elə bir dövlət yoxdur ki, Azərbaycanla İran qədər bir-birinə yaxın olsunlar. İki ölkə arasında dostluq, qardaşlıq, strateji əməkdaşlıq münasibətlər mövcuddur”. APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib. ABŞ-ın və Avropa ölkələrinin İrana təzyiqləri barədə danışan səfir deyib ki, Qərb dövlətləri və İsrail iqtisadi böhranda olduğu üçün müsəlman ölkələrinə, İrana təzyiqlər edir: “Unutmamalıyıq ki, ərəb ölkələrində devrilən Hüsnü Mübarək, Qəddafi və digərləri bu yaxınlara kimi Qərbin ən yaxın dostları olub. Qərb iqtisadi böhranla bağlı müsəlman ölkələrinin sərvətinə sahib çıxmaq üçün bu ölkələrdə mövcud hakimiyyətin devrilməsinə qərar verdi. Lakin Qərb və İsrailin sovet imperiyası kimi çökməsinə çox az vaxt qalıb”. Səfir İranın ali dini lideri Ayətullah Əli Xamneyinin Qədr-Xum bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdiyini deyib. Geri qayıt |