Əsas Səhifə > Ölkə > REDAKTORLAR BİRLİYİ MTN-ə MÜRACİƏTİ MÜZAKİRƏ EDƏCƏK
REDAKTORLAR BİRLİYİ MTN-ə MÜRACİƏTİ MÜZAKİRƏ EDƏCƏK14-11-2011, 16:17 |
DAHA SONRA ƏVƏZ ZEYNALLI MƏSƏLƏSİ GÜNDƏMDƏDİR Noyabrın 15-də saat 13-də Redaktorlar Birliyinin iclası keçiriləcək. “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Media forum” saytına bildirib ki, iclasda Azərbaycanın internet məkanının təhlükəsizliyinin təmin olunması, milli internet resursunun qorunması üçün hazırlanmış müraciət müzakirə olunacaq. Müraciət qəbul edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyinə göndəriləcək. Bundan başqa iclasda bir sıra cari məsələyə baxılacaq, “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynalı ilə bağlı son vəziyyət müzakirə ediləcək. Redaktorlar Birliyi bir KİV-dən daxil olmuş şikayətə də baxacaq. Geri qayıt |