Əsas Səhifə > Ölkə, Manşet > REKTOR NAZİRLƏ DÖYÜŞÜ UDUZACAQ

REKTOR NAZİRLƏ DÖYÜŞÜ UDUZACAQ


14-11-2011, 16:14
REKTOR NAZİRLƏ DÖYÜŞÜ UDUZACAQ

MİSİR MƏRDANOVLA ÇƏKİŞMƏ KAMAL ABDULLAYA BAHA BAŞA GƏLDİ

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir məlumat yayılmışdı ki, hakimiyyət yeni dərs ilində 4 ali məktəbin rektoru ilə vidalaşacaq. Onların sırasında Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın da adı olsa da, hələlik bu yöndə heç bir dəyişiklik baş verməyib. Əksinə, bu gün Kamal Abdullanın adını hətta təhsil naziri postuna namizəd kimi hallandıranlar da var.

Bu barədə «Dünya» İnformsiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan bildirilir ki, Kamal Abdulla həqiqətən də Misir Mərdanovun yerinə keçmək yönündə bir sıra fəaliyyətdə bulunub. Bu barədə hökumət içindəki qaynaqlardan gələn informasiyada deyilir:

«Kamal Abdulla bir ay əvvəl zənn edirdi ki, Misir Mərdanovun yerinə keçə bilər. Hətta bu iş üçün bir sıra nüfuzlu şəxslərin araçılığından istifadə edərək ölkənin taleyini həll edən insanlara söz də yollayıbmış».

Mənbə bildirir ki, bu gün Rusiyanın siyasi çevrələri ilə də çox ciddi və şübhəli əlaqələri olan tanınmış yazıçıya hətta TN şefi postuna gələ bilməsi üçün dəstək olanlar da var imiş: «Amma bu iş alınmadı. Və bu gün Kamal Abdullanın özü artıq yerini kifayət qədər möhkəmlətməyi bacaran Misir Mərdanovun hədəfinə çevrilib».

Mənbə bildirir ki, Misir Mərdanov Kamal Abdullanın yeni kadrla əvəzlənməsi üçün «yuxarılara» müraciət edib: «Misir Mərdanov hətta Kamal Abdullanı müxalifətçilərin himayədarı kimi də təqdim edib. Yuxarılara ötürülən «donos» xarakterli informasiyada bildirilir ki, Kamal Abdulla onlarla müxalif yazarı himayə edir».


Geri qayıt