Əsas Səhifə > Hadisə > AVTOBUS 5 MAŞINA ÇIRPILIB

AVTOBUS 5 MAŞINA ÇIRPILIB


8-12-2012, 12:12
AVTOBUS 5 MAŞINA ÇIRPILIB
BAKIDA ZƏNCİRVARİ QƏZA BAŞ VERİB

Ötən gün saat 19:00 radələrində Bakının Yasamal rayonu ərazisində sərnişin avtobusu zəncirvari yol qəzasına səbəb olub. Hadisə yerində olan yol polisinin ANS PRESS-ə verdiyi məlumata görə, Parlament prospekti 7 ünvanın, 20 saylı məktəbin yaxınlığında 6 saylı sərnişin avtobusu bir neçə maşına çırpılıb.

Belə ki, avtobus bütün yol hərəkəti qaydalarını pozaraq, yüksək sürətdə hərəkətb edib və nəticədə 5 avtomobilə çırpılıb. Qəzada “Mitsubishi” markalı minik maşını, “Mitsubishi” markalı mikroavtobus, “Hundai”, BMW, “VAZ-2107” markalı avtomobillər əzilib. Avtobus ilk öncə BMW markalı minik maşınına çırpılıb. Zərbənin gücündən maşının sürücüsü və içəridə olan sərnişin yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Avtobusda olan sərnişinlər isə xoşbəxtlikdən xəsarət almayıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt