Əsas Səhifə > Hadisə > 75 YAŞLI KİŞİ 75 YAŞLI QADINI ÖLDÜRDÜ

75 YAŞLI KİŞİ 75 YAŞLI QADINI ÖLDÜRDÜ


8-12-2012, 10:32
75 YAŞLI KİŞİ 75 YAŞLI QADINI ÖLDÜRDÜ
O, HƏYAT YOLDAŞINI GÜLLƏLƏYİB

Azərbaycanın Yevlax rayonunda qətl törədilib.

Bu barədə APA-ya Yevlax rayon Polis Şöbəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Yevlax rayon sakini, 75 yaşlı Məhəmmədiyyə Seyid oölu Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 75 yaşlı Sürayyə Qasımovanı güllələyib. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Məmmədov saxlanılıb.

Qətlin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Geri qayıt