Əsas Səhifə > Hadisə, Manşet > ARTUR RƏSİZADƏ AĞIR XƏSTƏDİR

ARTUR RƏSİZADƏ AĞIR XƏSTƏDİR


14-11-2011, 14:24
ARTUR RƏSİZADƏ AĞIR XƏSTƏDİR

BU SƏBƏBDƏN BAŞ NAZİR POSTUNDA DƏYİŞİKLİK OLACAQ

DİA.AZ: - Məmurlar arasında özünün dişsizliyi ilə fərqlənən və bütün avtoritar rejimlərə arzulanası baş nazir hesab olunan Artur Rəsizadə ilə vida günü uzaqda deyil. Bu barədə hökumət içindəki etibarlı qaynaqlardan məlumat əldə etmişik.

Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) verdiyi xəbərə görə, 2003-cü ildə gözündəki ağrıları səbəbindən istefa verərək yerini hazırki prezident İlham Əiyevə verən Artur Rəsizadənin bu iqtidar düşərgəsində məqamı bir başqa olsa da, onun da bir gün görəvdən alınması reallaşmalı idi:

«Doğrudur, Artur Rəsizadənin gözündə problemləri hər zaman olub və yaşlanması ilə əlaqədar bu problemləri daha da şiddətlənib. Hətta bu günlərdə ona İsrail həkimləri təhlükəli diaqnoz da qoyublar».

Mənbə bildirir ki, korlaşma ehtimalı olan baş nazirimiz bu acı aqibəti yaşamamışdan əvvəl istefa vermək niyyətindədir: «Artıq hakimiyyətin üst düzəyi də bu barədə məlumatlandırılıb və ona hələlik bir qədər gözləmək göstərişi verilib. Amma aqibətin qaçılmazlığı Rəsizadənin gedişinin mütləq baş verəcəyi qənaətini formalaşdırır. Yəni «yuxarılar» bu istəyə gec də olsa müsbət cavab verəcəklər».

Biz də öz növbəmizdə Artur Rəsizadəyə allahdan şəfalar diləyirik.


Geri qayıt