Əsas Səhifə > Cəmiyyət > AMERİKALI KONQRESMENDƏN AZƏRBAYCAN ƏLEYHİNƏ ÇAĞIRIŞ
AMERİKALI KONQRESMENDƏN AZƏRBAYCAN ƏLEYHİNƏ ÇAĞIRIŞ6-12-2012, 12:54 |
"MALİYYƏLƏŞMƏ DAYANDIRILSIN" Konqresmen Adam Şiff senatorlar Patrik Lixi və Lindsi Qremə, həmçinin konqresmenlər Jey Qreyncer və Nita Louiyə, Senatın və Nümayəndələr Palatasının dövlət və xarici işlər üzrə alt komitələrinin sədrlərinə və üzvlərinə məktub göndərib. O, Azərbaycan üçün Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) sisteminin maliyyələşdirilməsi də daxil olmaqla, Azərbaycanın təhlükəsizliyi sahəsində hər cür yardımın dayandırılmasına çağırıb. O, bu sorğunu 2004-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı kurslarında iştirakı zamanı erməni zabit Qurgen Markaryanın qətlində ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzası alan zabit Ramil Səfərovun repatriasiyası və azadlığa buraxılması ilə əsaslandırıb. Qarabağ münaqişəsinə birtərəfli yanaşmanın əks olunduğu məktubda belə fikir söylənilir ki, ABŞ-ın Azərbaycan üzrə IMET-ə investisiyaları “uğursuzluğa düçar olub” və “nə regionda sabitliyə, nə də demokratik dəyərlərin mənimsənilməsinə və insan hüquqlarına hörmətlə yanaşılmasına xidmət etməyib”. Geri qayıt |