Əsas Səhifə > Cəmiyyət > BÖLÜCÜ KÜRDLƏR ZAMİN HACIYA DA SATAŞDI...
BÖLÜCÜ KÜRDLƏR ZAMİN HACIYA DA SATAŞDI...6-12-2012, 12:42 |
PKK YANDAŞLARI ƏMƏLLİCƏ ARTIRIBLAR Azərbaycanda PKK-ın ruporu kimi çıxış edən və adı qalmaqallarda hallanan “Diplomat” qəzeti bu dəfə satirik köşə yazarı Zamin Hacıya hücum çəkib. Moderator.az saytı bildirir ki, qəzetin ötən həftə çıxan son sayında Nəriman Əyyub adlı müəllif öz şeirində jurnalisti təhdid etməklə yanaşı, ona qarşı aşağılayıcı sözlər işlədib. Şeirdən belə anlaşılır ki, satirik yazar Zamin, şair Nəriman Əyyubun bir poeması haqqında öz dəst-xəttinə uyğun yazı yazıb. Bu isə müəllifi özündən çıxarıb. Və nəticədə hədə-qorxu dolu bir əsər meydana gəlib. Oxucular üçün maraqlı olacağını və Zamin Hacının da yumor hissi ilə qarşılayacağını nəzərə alıb şeiri olduğu kimi təqdim edirik. Zalım Olma Jurnalist Zamin Hacı cənablarına Zamin zalım olma, sev həqiqəti, Elə bilirdim ki, düz danışırsan. İkiüzlülüyü sevmirəm qəti, Sən fani dünyada yaman çaşırsan. “General” poemamı təhlil edəndə, Mən elə bildim ki, doğru deyirsən. Mənə sataşırsan ay cocuq bəndə, Vicdanını azca yana əyirsən. Atam yerindəyəm, söz deyən zaman, Ağsaqqallıq hörmətini unutma. Nalayiq söz deyib olma utanan, Özünü hamıdan ağıllı tutma. Fenomen demişdin ilk məqaləndə, İndi isə “Nobel”ə təqdim edirsən. İnternetə verdin, abır yox səndə, Bu nanəcib yolla hara gedirsən? Tərgit o adəti, mən böyük qaya, Yel kimi əssən də, gücün çatammaz. Körpə gözlərinlə bax bu dünyaya, Cavan oldugunçün düşün sən bir az. Kişisənsə tənqid eylə harını, Onda biləcəyəm kişisən kişi. Xalq malını yeyən yekə qarını, Tərgit ədalətsiz olan vərdişi. Nəriman Əyyubam, yaxşıca tanı, Daim söyləmişəm mən həqiqəti. İndi mənim kimi yazanlar hanı, Hörmətsizlik məndə olmayıb qəti. Geri qayıt |