Əsas Səhifə > Güney Press, Araşdırma > XIRDAIANDA SAHİBKARLARA QARŞI KAMPANİYA

XIRDAIANDA SAHİBKARLARA QARŞI KAMPANİYA


6-12-2012, 12:36
XIRDAIANDA SAHİBKARLARA QARŞI KAMPANİYA
SİFARİŞ ADMİNİSTRASİYADAN GƏLİB

Xırdalan şəhərində sahibkarlardan qanunsuz olaraq pul tələb olunur. Bu barədə adının çəkilməsini istəməyən bir qrup sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, onları icra hakimiyyətinin ticarət departamentinə çağırırlar: "Departamentin Fuad adlı rəhbəri bizə dedi ki, Prezident Administrasiyasından gələn göstəriş əsasında şəhərdə bəzi abadlıq işləri görülməlidir. Həmin Fuad bizə bildirdi ki, xüsusilə Xırdalanın mədəniyyət klubunun təmirə ehtiyacı var. Lakin büdcədə pul olmadığına klub daxili imkanlar hesabına təmir edilməlidir. Və o bizdən təmir üçün pul tələb etdi".
S
ahibkarların sözlərinə görə, Fuad adlı şəxs onlardan 2000-5000 civarında pul tələb edib. "Qiymətlər obyektin sahəsinə görə dəyişir. Elə sahibkar var, ondan 2000, eləsi var 2500, eləsi də var ki, 5000 min manat tələb edilib", - deyə sahibkarlar əlavə edib.

Onların sözlərinə görə, buna etiraz edənlər işsiz qalacaqları ilə hədələnib: "Fuad bizə dedi ki, pul verməsəniz obyektləriniz söküləcək".

Geri qayıt