Əsas Səhifə > Sosial, Manşet > SƏMƏD SEYİDOVUN NAZİR POSTUNA GƏTİRİLMƏ PLANI

SƏMƏD SEYİDOVUN NAZİR POSTUNA GƏTİRİLMƏ PLANI


6-12-2012, 12:11
SƏMƏD SEYİDOVUN NAZİR POSTUNA GƏTİRİLMƏ PLANI
RƏQİB CİNAHIN BAŞLATDIĞI KAMPANİYA BU PLANIN İCRASINI YUBATDI

DİA.AZ: - Azərbaycan Dövlət Dillər Universitetində aşkarlanan nöqsanlarla bağlı Hesablama Palatasının açıqladığı rəy böyük rezonans yaratsa da, sonradan bu məsələnin üstünə gedilmədi. Hətta belə bir məlumat da ötürüldü ki, əslində yoxlamaların sifarişi elə rektor Səməd Seyidovun özündən gəlib. Əslində burada rektorun qorunma cəhdləri aşkar surətdə duyulan idi.

Elə həmin ərəfədəcə ortaya bir sual atılmışdı: Səməd Seyidovu kimlər və niyə vururlar? Və həmin ərəfədə DİA.AZ olaraq apardığımız araşdırmalar zamanı müəyyən olunmuşdu ki, əslində Səməd Seyidovun hədəfə alınması təsadüfi deyildi. Bu barədə əldə etdiyimiz məlumatlarda deyilirdi ki, Dillər Universitetindəki yoxlamalar da sifarişli olub. Çünki Səməd Seyidov həmin ərəfədə nazir postuna təyin ediləcəkmiş. Elmar Məmmədyarovun isə «vurulması» planlaşdırılırdı. Məhz həmin ərəfədə rektor mətbuatda «vuruldu» və ona qarşı bir kampaniya başladı.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, Səməd Seyidovun əslində xarici işlər naziri postuna gətirilməsi niyyəti prezidentin yeni komandasının formalaşdırılma planının tərkib hissəsi olub: «Və bu, bu gün də belədir. Səməd Seyidov artıq prezidentin yeni komandasında yer almağa müvəffəq olub və oenun nazir postuna gətiriləcəyi gözlənilir. Ola bilsin ki, artıq ertələnən bu qərar prezident seçkilərindən sonra icra olunsun. Amma vəziyyət bu həddədir».

Mənbəmiz bildirir ki, Səməd Seyidovun belə bir görəvə gətirilməsinə qarşı gedən qüvvələr isə Preziden Administrasiyası şefinin maraqlarından çıxış ediblər: «Onlar həmin posta tamam başqa bir adayı hazırladıqlarından Səməd Seyidovu ictimai rəydə «vurmaq» istədilər. Hər halda, məsələ vaxtında yatırıldı və həmin qüvvələrə sərt formada xəbərdarlıq olundu. Amma buna rəğmən, Seyidovun nazir postuna gətirilməsi yubadıldı».

Geri qayıt