Əsas Səhifə > Ölkə > ABEL MƏHƏRRƏMOV DA PROSESƏ QOŞULDU
ABEL MƏHƏRRƏMOV DA PROSESƏ QOŞULDU14-11-2011, 13:28 |
BDU-NUN MÜƏLLİMLƏRİ RAFİQ ƏLİYEVLƏ BAĞLI MÜRACİƏT HAZIRLAYIR Bakı Dövlət Universitetində (BDU) çalışan akademiklərin, alimlərin və ağsaqqal ziyalıların bu günlərdə ictimaiyyətə müraciəti olacaq. APA-nın məlumatına görə, bu barədə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib. “Müraciət ondan ibarətdir ki, cürbəcür alimlər yığışıb forum keçirir, cürbəcür müraciətlər qəbul edirlər. Bilmək lazımdır ki, bu gün Azərbaycan inkişaf edir və bu, Azərbaycan üçün böyük bir şansdır. Hər kəs bundan öz dəstəyini əsirgəməməlidir. Düşünürəm ki, foruma qatılan bəzi ziyalılar ağıllı insanlardır. Onlar bilməlidirlər ki, bu gün Azərbaycana stabillik lazımdır. Çünki Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Biz Azərbaycanda milli vətənpərvərlik, vətəndaşıq mövqeyini gücləndirməliyik. Yoxsa bir adamım işdən çıxarılmasının dramatikləşdirilməsinin qəti əleyhinəyəm”, - deyə A. Məhərrəmov qeyd edib. Rektor bu kimi məsələlərdə xarici ölkələrin rolunun olmasını, bu işlərin xaricdən alınan qrantlar hesabına görüldüyünü istisna etməyib: “Üzümü ziyalılara tutub deyirəm ki, bu cür forumlardan, bu cür çağırışlardan, dövlətçiliyə qarşı olan əməllərdən çəkinsinlər”. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da problemlərin olduğunu deyən A. Məhərrəmov çatışmazlıqların prezident İlham Əliyev tərəfindən də səsləndirildiyini və həlli yollarının axtarıldığını bildirib. Geri qayıt |