Əsas Səhifə > Dünya > FİRONUN MƏMLƏKƏTİ YENİDƏN QARIŞDI
FİRONUN MƏMLƏKƏTİ YENİDƏN QARIŞDI6-12-2012, 10:22 |
ÖLKƏDƏ VƏTƏNDAŞ QIRĞINI GEDİR Misirdə vətəndaş qırğını gedir. Dekabrın 5-i axşam saatlarından paytaxt Qahirədə müxaliflərlə hakimiyyət tərəfdarları arasında toqquşmalarda azı 4 nəfər həlak olub, 200-dən çox adam xəsarət alıb. Ölkənin başqa şəhərlərində də gərginlik var. İsmailiyyə və Süveyş şəhərlərində müxalif qüvvələr hakim “Müsəlman qardaşlar” hərəkatının qərargahlarını yandırıb. Noyabrın 22-də Misir prezidenti Məhəmməd Mursi Konstitusiya Bəyannaməsinə dəyişiklik edib. Yenilik prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Bu, müxalifətin kəskin etirazına gətirib. Müxaliflər prezidenti diktatorluqda ittiham edir. Noyabrın 30-da Konstitusiya Komissiyası yeni ana qanun layihəsini bəyənib. Prezidentə geniş səlahiyyətlər verilməsini nəzərdə tutan konstitusiya referenduma çıxarılıb. Referendum dekabrın 15-də keçiriləcək. Müxalifət bunun əleyhinə çıxır. \ mediaforum \ Geri qayıt |