Əsas Səhifə > Hadisə > BAKIDA ZƏNCİRVARİ QƏZA

BAKIDA ZƏNCİRVARİ QƏZA


6-12-2012, 09:48
BAKIDA ZƏNCİRVARİ QƏZA
SƏHƏR ÇAĞI 5 MAŞIN TOQQUŞUB

Bakının Aeroport şosesində, "Buta Palace"ın qarşısında zəncirvari yol qəzası baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə bildirib ki, səhər saat 08:30 radələrində 5 maşının toqquşması ilə nəticələnən yol qəzası olub.

Əvvəlcə hadisə yerinə təcili yardımın 4 briqadası göndərilib. Lakin yol qəzası ciddi olmadığından, 3-ü geri qaytarılıb.

Hadisə nəticəsində cəmi bir nəfər yüngül xəsarət alıb.

Geri qayıt