Əsas Səhifə > Ölkə > MALİYYƏ FIRILDAQÇISINA YÜKSƏK VƏZİFƏ

MALİYYƏ FIRILDAQÇISINA YÜKSƏK VƏZİFƏ


19-09-2011, 11:52
MALİYYƏ FIRILDAQÇISINA YÜKSƏK VƏZİFƏ

ORXAN MƏMMƏDOV ŞƏKİDƏ ÖLÜLƏRƏ KREDİT VERƏN ŞƏXS KİMİ TANINIR

Bir müddət öncə PİA.AZ Şəkidə ölülələrə kredit verilməsi ilə bağlı məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, «KredAqro» BOKT-nın Şəki filialında ölülərə kredit verir və bu işin arxasında da «KredAqro» BOKT-nın Daxili Nəzarətçi vəzifəsini icra edən Arzu Əsgərov durur. Həmin fırıldağın üstü açıldıqdan sonra Arzu Əsgərov cəzalandırılmasa da, «KredAqro» BOKT-nın Şəki filarının rəhbəri Rahim Hümmətov və onun müavini Güloğlan Məcidov tutduqları vəzifələrini itirmək məcburiyyətində qaldılar. Yəni faktiki olaraq bu iki nəfər Arzu Əsgərovun qurbanınana çevrildilər.

Həmin maliyyə fırıldağında aparıcı simalardan biri olan və hər yerdə Arzu Əsgərovun əlaltısı kimi tanınan Orxan Məmmədovda cəzadan yaxa qurtarmağa müvəffəq olmuşdu. Mənbənin bildirdiyinə görə Orxan Məmmədov Rahim Hümmətov və Güloğlan Məcidovun üzünə duraraq cəzadan qurtulmağı başarmışdı.

Bu barədə Şəkidən PİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə bu günlərdə «KredAqro» BOKT-nın kredit işçisi olan Orxan Məmmədova yeni etimada laytq görülüb. Bir zaman ölülərə kredit verən və sonra da müdürlərinin üzünə duran Orxan Məmmədov «Texnikabank»ın Şəki filalının rəhbəri təyin olunub.

Mənbə iddia edir ki, Orxan Məmmədovun Şəki İcra Hakimiyyəti başçısı Elxan Usubovdan təqdimat ala bilmək üçün 25000 manat “xərci çıxıb”. “Ümumiyyətlə isə Orxan Məmmədovun bu posta gəlməsi üçün 50000 manat xərc çəkdiyi bildirilir”, deyə mənbə əlavə elədi.

Mənbənin bildirdiyinə görə «Texnikabank»da Orxan Məmmədovun keçmişi haqqında «Texnikabank»da kifayət qədər məlumata sahibdirlər. ««Texnikabank»ın «KredAqro» BOKT-la iş birliyi içində olduğunu bir çoxları bilir. İndidə bu iş birliyi davam etdiyinə görə Orxan Məmmədovun bu vəzifəyə təyin olunması heç də təəccüblü deyil», deyə mənbə bildirdi.

Qeyd edək ki, bir müddət öncə «KredAqro» BOKT ilə «Texnikabank» arasında baş verən maliyyə fırıldağı haqqında mətbuata məlumat ötürülmüşdü. Həmin məlumatda bildirilirdi ki, 2011-ci ilin iyun ayinda “KredAqro” bankin xarici investirlardan biri bu təşkilatda baş alib gedən korrupsiya ila bağli 4milyon dollar pulu geri tələb edib. Bunun gizlin qalmasi va digər səhmdarların bilməməsi uçun, Eldar Cəfərov yaxın tərəfdaşı və həmyerlisi olan “Texnikabank” ASC-in Muşahidə Şurasinin sədri Etibar Əliyevdən yardim istəmiş, qarşılığında da həmin təşkilatın ucuz qiymətə “Texnikabank” ASC-yə satilacağına soz veribmiş. Lakin işlar Eldar Cəfərovun istadiyi kimi alinmamış, “KredAqro”-nun təsiscisi ABŞ-ın AcdiVoka təşkilatı “KredAqro”-nu Texnikabanka satmaqdan imtina edibmiş. Bu da Eldarla Etibar arasinda böyük konfilikt yaranmasına səbəb olub.

Bunun arxasınca «KredAqro» BOKT-nın Müşahidə Şurasının sədri Douglas Leavens mətbu orqanlara açıqlama yayaraq deyilən faktların həqiqətə uyğun olmadığını bildirdi.

Onu da bildirək ki, PİA.AZ-a daxil olan bu məlumatla bağlı Orxan Məmmədovla əlaqə yaratmağa cəhd etsəkdə, qarşı tərəf telefonu açmadı.

Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq…

pia.az


Geri qayıt