Əsas Səhifə > Hadisə > NARDARANLILAR YENƏ AYAQDA

NARDARANLILAR YENƏ AYAQDA


14-11-2011, 12:53
NARDARANLILAR YENƏ AYAQDA

KƏND AĞSAQQALLARI AKSİYA XƏBƏRDARLIĞI ETDİ

Noyabrın 13-nə keçən gecə Bakının Nardaran qəsəbəsinə işıq verilib. Məlumatı “Media forum” saytına kənd ağsaqqalı Natiq Kərimov verib.

Noyabrın 14-də “Media forum”a danışan Natiq Kərimov deyib ki, hazırda qəsəbədə işıqlar yanır: “Elektrik enerjisinə görə borcu olanların işığını lokal qaydada deyil, bütün kəndin işığını kəsmişdilər. Bununla camaatı dövlətdən narazı salırlar. “Bakıelektrikşəbəkə” camaatdan borcdan çox quraşdırılan sayğacların pulunu tələb edir. Bu isə qanunsuzluqdur”.

Natiq Kərimov əlavə edib ki, kənddə yenidən işıqları kütləvi şəkildə kəssələr, davamlı aksiyalar başlayacaq.


Geri qayıt