Əsas Səhifə > Hadisə > BAKIDA MAŞIN OĞRULARI TUTULUB

BAKIDA MAŞIN OĞRULARI TUTULUB


5-12-2012, 12:43
BAKIDA MAŞIN OĞRULARI TUTULUB
ƏMƏLİYYAT BİR NEÇƏ YERDƏ KEÇİRİLİB

Bakıda avtomobil qaçıran şəxslər tutulublar.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-nə keçən gecə Səbail rayonu Salyan yolunda Nahid Mütəllimova məxsus "VAZ-21061" markalı avtomobil qaçırılıb.
DİN NHİX TŞ, Xətai RPİ əməkdaşlarının səyi nəticəsində avtomobili qaçıran Bərdə rayon sakini Rüstəm Mustafayev dekabrın 4-də Neapol küçəsində avtomobillə birlikdə saxlanılaraq aidiyyəti üzrə Səbail RPİ 8-ci PB-yə təhvil verilib.
Noyabrın 5-də Gəncə prospektində Bakı şəhər sakini Səxavət Seyidova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.
Qaçırılmış avtomobil noyabrın 21-də Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində saz vəziyyətdə tapılıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maşını qaçıran Bakı şəhər sakinləri Tural Qasımov, Murad Rüstəmov və Əliyar Məhərrəmov dekabrın 4-də yaxalanıblar.

Geri qayıt