Əsas Səhifə > Cəmiyyət > ASTARADA MÜƏLLİM ADI SATILIR
ASTARADA MÜƏLLİM ADI SATILIR5-12-2012, 12:40 |
BUNUN ÜÇÜN KİMLƏRƏ NƏ QƏDƏR VERMƏK LAZIMDIR... Qəzənfər Ağayev Astara rayonuna icra başçısı təyin olunduqdan sonra burada rüşvət və korrupsiya ilə bağlı yeni-yeni məlumatlar yayılmağa başlayıb. Ağayev hələ Masallıda eyni vəzifədə işlədiyi vaxt da adı qalmaqallı məsələlərdə daha çox hallanırdı. Astarada isə vəziyyət getdikcə daha da pisləşir. Verilən məlumata görə, rayonda müəllim işləmək üçün də xüsusi qaydalar tətbiq olunub. Təhsil Şöbəsinin rəhbərliyinin «qaydaları» isə «hər şeyi» əhatə edir. Məlumatda deyilir ki, müəllim işləmək istəyən öncə diplomunun surətini gətirməlidir. Bununla yanaşı, 1500-2000 manat pulu da şöbə rəhbərliyinə verməlidir. Ən yekunda isə «Astara» qəzetinə abunə olduğuna dair arayış təqdim etməlidir. Rayondan gələn xəbərlərə görə, bu qaydaların tətbiqini Təhsil Şöbəsi həyata keçirsə də, vəziyyəti bu həddə gətirib çatdıran icra başçısı Qəzənfər Ağayevdir. Belə ki, icra başçısı yeni təyinatından sonra bütün idarə və müəssisə rəhbərlərini yığaraq, onların üzərinə aylıq haqq qoyub. Bundan başqa, bir də illik haq var ki, onun üçün də son gün 31 dekabr hesab olunur. Həmin gün Qəzənfər Ağayev illik haqqını alaraq Almaniyaya gedəcək. \ tia.az \ Geri qayıt |