Əsas Səhifə > Cəmiyyət > GÖZÜNÜZ AYDIN, HAVALAR İSİNİR
GÖZÜNÜZ AYDIN, HAVALAR İSİNİR14-11-2011, 12:16 |
ÖLKƏMİZİN ÜZƏRİNDƏKİ BULUDLAR DAĞILIR Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun nisbətən artacağı gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında noyabrın 15-də hava şəraitinin buludlu, yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-10 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək. Noyabrın 15-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyi meteohəssas insanlar üçün əlverişsiz olsa da, noyabrın 16-da meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir. Geri qayıt |