Əsas Səhifə > Hadisə > TİKİNTİ ÖZBAŞINALIĞININ NƏTİCƏSİ

TİKİNTİ ÖZBAŞINALIĞININ NƏTİCƏSİ


14-11-2011, 11:54
TİKİNTİ ÖZBAŞINALIĞININ NƏTİCƏSİ

GÜNAH KANALİZASİYA XƏTTİ ÇƏKƏNLƏRDƏ OLUB

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Bakının 234 saylı orta məktəbində noyabrın 11-də baş verən partlayışla bağlı apardığı araşdırmaların nəticəsini açıqlayıb.

"Azəriqaz"ın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qurumun yaratdığı komissiyanın apardığı araşdırmalar nəticəsində məlum olub, məktəbin kanalizasiya sistemi təmir edilərkən yeraltı qaz xətti zədələnib.

Bunun nəticəsində yeraltı qaz xəttindən kanalizasiya xəttinə qaz sızıb. Kanalizasiya xətti vasitəsilə isə qaz məktəbin sanitar qovşağına dolub. Nəticədə də məktəbin sanitar qovşağında partlayış olub.

Noyabrın 11-də 234 saylı orta məktəbdə baş verən partlayış nəticəsində 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğlu xəsarət alıb.


Geri qayıt