Əsas Səhifə > Partiya > İCTİMAİ PALATADA DİNLƏMƏLƏR BAŞLANDI

İCTİMAİ PALATADA DİNLƏMƏLƏR BAŞLANDI


4-12-2012, 12:38
İCTİMAİ PALATADA DİNLƏMƏLƏR BAŞLANDI
SƏNƏDLƏR 6 İSTİQAMƏTİ ƏHATƏ EDİR

Bu gün saat 12-də Müsavat Partiyasının qərargahında müstəqil hüquqşünaslar, seçki mütəxəssisləri və Mərkəzi Seçki Komissiyasının sabiq üzvlərinin hazırladığı “Seçki islahatları memorandumu” ilə bağlı ictimai dinləmələrin keçirilməsinə başlanıb.

Dinləmələri İctimai Palata təşkil edib. İP Koordinasiya Şurasının üzvlərindən aldığımız məlumata görə, Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və demokratik seçki mühitinin formalaşdırılması sahəsində əsaslı islahatların aparılması məqsədilə təkliflərin əksini tapdığı memorandumun ictimai dinləmələrində İP üzvləri, seçki mütəxəssisləri, hüquqşünaslar, siyasi partiyaların rəhbərləri iştirak edirlər.

Memorandumda irəli sürülən təkliflər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki Məcəlləsində 16 təxirəsalınmaz dəyişikliklərlə bağlı məsələləri özündə əhatə edir. Memorandum sənədi 6 istiqamətdə qruplaşdırılıb. Bütün bunlarla bağlı ətraflı müzakirələr bugünkü dinləmələrdə aparılır.

Geri qayıt