Əsas Səhifə > Cəmiyyət, Manşet > LERİKDƏN İCRA BAŞÇISINA ÜSYAN HƏDƏSİ GƏLDİ

LERİKDƏN İCRA BAŞÇISINA ÜSYAN HƏDƏSİ GƏLDİ


4-12-2012, 12:16
LERİKDƏN İCRA BAŞÇISINA ÜSYAN HƏDƏSİ GƏLDİ
RÖVŞƏN BAĞIROVA QARŞI SƏRT İTTİHAMLAR

DİA.AZ: - Lerik rayonundan redaksiyamıza icra başçısı ilə bağlı bir məqalə daxiul olub. Biz də DİA.AZ olaraq bütün fikirlərə açıq olduğumuzdan, “Gülağa” imzası ilə yazılmış həmin yazını olduğu kimi diqətinizə çatdırırıq və bəri başdan bildiririk ki, qarşı tərəfin cavab haqqı boynumuzun borcudur.

“Beş il bundan əvvəl Lerik rayonuna icra başçısı təyin olunan Rövşən Bağırov həddindən artıq təcrübəsiz, dünyagörüşü olmayan, ona yazılmış çıxışları yarımçıq, anlaşılmaz oxuyan, kəsr rəqəmlərini vergüllə oxuyar və ondan hər hansı bir problemin həlli soruşulanda «Müavinim Cəlil bilər», - deyirdi. Yonulmamış bir adam idi.

Görünür, Lerikin çörəyi çox kalorili və «Buynuzludur». Leriki bütün sahələrdə iflic edib əmlakını talan edən R.Bağırov artıq özünü «möhkəm tutub». Şəxsi müəssisələrinin sayı-hesabı yoxdur. Bütün bunlar bir yana qalsın, Lerik çörəyi onun gözlərini o qədər tutub ki, artıq Lerik ziyalılarını, ağsaqqallarını və təcrübəli, saf, savadlı idarə rəhbərlərini bəyənmir. Rayon tədbirlərində müəssisə rəhbərlərini, öz işçilərini təhqiramiz sözlərlə təhqir edir, Gah deyir ki, bəzi idarə müdirlərini minib çapmaq lazımdı, gah öz işçilərini və idarə müdirlərini cəmiyyətdə təhqir edir. Bütün bunlar isə əvvəlcə «Relaks» adlı turizm mərkəzində deputat İqbal Məmmədovla müzakirə olunur və sonra isə həyata keçirilir.

Amma Lerik ziyalılarının səbri tükənəndə hələ də nəinki icra başçısı kimi bişməyən, bir insan kimi yetişməyən R.Bağırovun başına edə bir oyun gətirilə bilər ki, Quba hadisələri tamamilə unudulacaq. Artıq bu sahədə işlər görülür. R.Bağırov yorulmalıdır.

Qarşıdan prezident seçkiləri gəlir. Rövşən Bağırovun bu biabırçı və dözülməz hərəkətləri qarşıdan gələn prezident seçkiləri ərəfəsində xalqı hakimiyyətdən narazı sala bilər”.

Geri qayıt