Əsas Səhifə > Dünya > ƏRDOĞAN İRANLA BAĞLI SÖZÜNÜ DEDİ
ƏRDOĞAN İRANLA BAĞLI SÖZÜNÜ DEDİ4-12-2012, 11:04 |
"İRAN QAZINDAN İMTİNA ETMƏYƏCƏYİK" Türkiyə ABŞ tərəfdən İrana qarşı sanksiyaların güclənməsinə baxmayaraq, İran qazından imtina etməyəcək. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Sabah" qəzeti xəbər verir. "İran Rusiyadan sonra Türkiyənin ikinci iri qaz tədarükçüsüdür. Türkiyə ayrıca ölkənin [ABŞ] sanksiyaları üzündən İran qazından imtina etməyi heç düşünmür", - Ərdoğan qeyd edib. Onun sözlərinə görə, Türkiyə üçün İran qazının idxalı strateji məsələdir. Qeyd edək ki, Türkiyə hər il İrandan 8 milyon ton neft və 8 milyard kubmetr qaz idxal edir. Geri qayıt |