Əsas Səhifə > Ölkə, Manşet > PA-YA DAHA BİR KADRIN GƏTİRİLMƏSİ PLANI

PA-YA DAHA BİR KADRIN GƏTİRİLMƏSİ PLANI


4-12-2012, 10:27
PA-YA DAHA BİR KADRIN GƏTİRİLMƏSİ PLANI
SƏBAYELİN İCRA BAŞÇISI ŞÖBƏ MÜDİRİ OLACAQ

DİA.AZ: - Bir neçə gün əvvəl prezident İlham Əliyevin müvafiq təyinatları ilə Prezident Administrasiyasında PA rəhbərinin müavinləri postuna təyin olunan PA-nın sabiq şöbə müdirləri Əli Əsədovla Zeynal Nağdəliyevin yerlərinə yeni kadrlar təyin oluna bilər. Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda bildirilir ki, yaxın günlərdə PA-nın iki şöbəsinin yeni müdirlərinin kimliyi bəlli olacaq.

Onu da bildirək ki, Novruz Məmmədovun də əvvəlki vəzifəsi boş qalsa da, yeni müavin olmuş Vahid Əliyevin yerinə Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev gətirildi. Bu barədə danışan mənbəmizin sözlərinə görə, Zeynal Nağdəliyevin yerinə hazırda Səbayel rayon icra hakimiyyətinə başçılıq edən Asif Əsgərovun gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, Zeynal Nağdəliyev son təyinata qədər Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Yəni bu isə o deməkdir ki, Asif Əsgərov da PA-da şöbə müdiri postunu tutacaq.

Digər boş qalan yerlərə, yəni Novruz Məmmədovun son təyinata qədər tutduğu Administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri postuna və Əli Əsədovun tutduğu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna kimlərin gətiriləcəyi ilə bağlı da redaksiyamıza bilgilər daxil olsa da, burada bir neçə qaranlıq məqamın olduğu da söylənilir. Bizi izləməkdə davam edin…

Geri qayıt