Əsas Səhifə > Hadisə > ŞABRANDA YAŞAYIŞ EVİ UÇUB

ŞABRANDA YAŞAYIŞ EVİ UÇUB


4-12-2012, 09:30
ŞABRANDA YAŞAYIŞ EVİ UÇUB
SAKİNLƏR TƏXLİYYƏ OLUNUR

Şabranda yaşayış binası uçub, sakinlər təxliyyə olunub.
Trend-in Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şabran rayonun Ağalıq kəndində XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli onikimənzilli yaşayış binasının bəzi konstruktiv elementlərində qismən uçqun olub.
Dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri binaya ilkin baxış keçirib və binanın mövcud vəziyyəti mütəxəsislər tərəfindən tam müəyyən edilənə qədər sakinlər nazirliyin və rayon icra hakimiyyətinin birgə səyi nəticəsində təxliyyə olunub və təhlükəsiz əraziyə köçürülüb.
Binanın su, elektrik və qaz təchizatı dayandırılıb, mühafizəsi təşkil olunub.

Geri qayıt