Əsas Səhifə > Şou-biznes > BAKIYA GİZLİ GƏLƏN SƏNƏTÇİ

BAKIYA GİZLİ GƏLƏN SƏNƏTÇİ


14-11-2011, 11:26
BAKIYA GİZLİ GƏLƏN SƏNƏTÇİ

“MƏN DİQQƏTİMİ AİLƏMƏ YÖNƏLTMİŞƏM”

Türkiyədə yaşayan populyar müğənni İradə İbrahimova tez-tez Bakıya gəldiyini, lakin bunu hamıdan gizli saxladığını etiraf edib.

Day.Az-ın verdiyi məlumata görə, o, bunu Space TV-nin "Bazar" verilişinə açıqlamasında bildirib.

"İndi mən diqqətimi daha çox yaradıcılığa deyil, ailəmə yönəltmişəm. Bakıya tez-tez gəlirəm. Amma bu haqda heç kimə məlumat vermirəm. Ona görə də daim Türkiyədə olduğumu düşünürlər. Qızımın da Azərbaycanı, bizim mahnılarımızı, mədəniyyətimizi sevməsini istəyirəm", - deyə İ.İbrahimova bildirib.


Geri qayıt