Əsas Səhifə > Dünya > BBC İLƏ ƏMƏKDAŞLIQ DA CİNAYƏT İMİŞ

BBC İLƏ ƏMƏKDAŞLIQ DA CİNAYƏT İMİŞ


14-11-2011, 10:58
BBC İLƏ ƏMƏKDAŞLIQ DA CİNAYƏT İMİŞ

FARS-MOLLA REJİMİ İKİ JURNALİSTİ BU İTTİHAMLA HƏBS EDİB

İranda Möhsen Fəthi adlı jurnalist BBC yayım şirkətinin Fars xidməti ilə əməkdaşlığda ittiham olunaraq həbs edilib.

Trend -in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, jurnalist həmçinin yalan xəbərlərin yayımlanmasında ittiham olunur.

Eyni zamanda, BBC-nin Fars xidmətinin öz saytında yerləşdiyi məlumatda bildirilir ki, xidmətin İranda ofisi mövcud deyil və onun əməkdaşları bu ölkədə çalışmır.


Geri qayıt