Əsas Səhifə > Ölkə > DÜŞMƏNLƏRİ RAMİZ MEHDİYEVİ ÇƏMBƏRƏ ALIR - YENİLƏNDİ

DÜŞMƏNLƏRİ RAMİZ MEHDİYEVİ ÇƏMBƏRƏ ALIR - YENİLƏNDİ


30-11-2012, 11:49
DÜŞMƏNLƏRİ RAMİZ MEHDİYEVİ ÇƏMBƏRƏ ALIR - YENİLƏNDİ
PREZİDENTDƏN İLGİNC ADDIM

Prezident İlham Əliyev Prezident Administrasiyasına yeni təyinatlarla bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamlara görə, Əli Hidayət oğlu Əsədov, Zeynal Səfər oğlu Nağdəliyev və Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, təyinat alan şəxslər bu vaxta qədər də Administrasiyada yüksək vəzifə tutublar.

DİA.AZ bildirir ki, adları çəkilənlər dünənə qədər Ramiz Mehdiyevə əks cinahda qərar tutan şəxslərdir. Və onlardan hətta birinin - Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun xalası oğlu, Əli Əsədovun Ramiz Mehdiyevin yerinə gətirilmə ehtimalları dövrü mətbuatda dəfələrlə yazılıb.


***

Qeyd edək ki, Zeynal Nağdəliyev bu təyinata qədər Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.

Novruz Məmmədov isə Administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri idi.

Əli Əsədov bu təyinatadək Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyib.
Geri qayıt