Əsas Səhifə > Dünya > SAAKAŞVİLİDƏN YENİ HÖKUMƏTƏ İLK HÜCUM

SAAKAŞVİLİDƏN YENİ HÖKUMƏTƏ İLK HÜCUM


30-11-2012, 11:08
SAAKAŞVİLİDƏN YENİ HÖKUMƏTƏ İLK HÜCUM
"ÖLKƏDƏ KORRUPSİYA TÜĞYAN EDİR"

Bu barədə ölkə başçısı Kvarelidəki malikanəsində Palermo meri Leoluk Orlandonu qəbul edərkən açıqlama verib.
Prezident Leoluk Orlandonun mafiya ilə mübarizəsini dəyərləndirərək, Gürcüstan üçün onun fəaliyyətinin nümunə olduğunu bildirib.
Bununla bərabər, Saakaşvili Gürcüstanın bir müddət əvvəl bu mübarizədə ön sıralarda olduğunu, lakin son həftələr ölkədə cinayətkarlığın hiss ediləcək dərəcədə artığını qeyd edib.
Saakaşvili onun tərəfdarlarının həbsinə baxmayaraq, heç kəsin onların korrupsiyaya bulaşdığını sübut edə bilmədiyini bildirib.
“Çünki heç həbsxanaya heç nə aparmayıb və oğurlamayıb” - deyə ölkə başçısı vurğulayıb.
Nəyisə gizlətməyin mümkün olmadığını bildirən Gürcüstan prezidenti, ədalətin qələbə çalacağına inandığını deyib.
Qeyd edək ki, Palermo merini qeyri-rəsmi şəraitdə qəbul edən prezident onu öz bağından olan şərabla və sobadan təzə çıxmış çörəyə qonaq edib.

Geri qayıt