Əsas Səhifə > Şou-biznes > RÖYA EVİNDƏ ZOOPARK AÇIB

RÖYA EVİNDƏ ZOOPARK AÇIB


13-11-2011, 15:52
RÖYA EVİNDƏ ZOOPARK AÇIB

“KOALA İLƏ KLİPƏ ÇƏKİLMƏK İSTƏYİRƏM”

Populyar müğənni Röya Ayxan ATV telekanalında yayımlanan "ATV-maqazin" verilişində oğlunun ad günündən danışıb.

Day.Az məlumatında bildirir ki, Röya təmtəraqlı tədbir hazırlamadıqlarını bildirib. Amma hədiyyələr çox maraqlıdır.

"Murad Dadaşov oğlumun ad gününə it bağışladı. Səhv eləmirəmsə, ovçarkadır. Oğlum üçün təmtəraqlı şənlik hazırlamamışam, çünki o hələ bunları başa düşmür. Bir az böyüyüb yaşıdlarıyla oynamağa başlayanda ona ad günü keçirəcəyəm", - deyə müğənni bildirib.

Röya həmçinin deyib ki, evi heyvanxanaya döndərmək fikri var: "Kənan tovuzquşu almağa söz verib. Toliki isə koala almağa göndərmişəm".

"Koala ilə klipə çəkilmək istəyirəm. Bir mahnı var, Mirsalam Mirsalamov ona klip çəkməlidir. Amma həmin çəkilişləri dayandırmalı oldum, çünki həmin vaxt futbolçularla bir layihə üzərində çalışırdım. Sadəcə, mənə təqdim edilən süjetlə mahnını təsəvvür edə bilmirdim. Ona görə də Toliki koala dalınca göndərmişəm. Düzdür, hələ Mirsalamın bundan xəbəri yoxdur", - deyə Röya gülərək deyib.

Müğənni yeni diskini buraxdığını da bildirib:

"Əvvəlcə istəyirdik, onu Türkiyədə buraxaq. Amma orada bizə dedilər ki, biz istəyən formanı yarada bilməyəcəklər. Odur ki, disk İtaliyada çıxdı. Qiyməti də yaxşıdır. İlk dəfədir ki, belə maraqla diskimin çıxmasını gözləyirdim. Qərara aldıq ki, yeni mahnılardan ibarət diski tez buraxaq ki, sonra qalan işlərlə məşğul ola bilək".


Geri qayıt